Qayda ve Qanunlar

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek

Qayda ve Qanunlar

Yeni mövzu  Feya Bir 11.08.07 16:35

Bizim Forumunun Qayda və Qanunları aşağıdakı kimidir:

1. Bizim forumu tesnifatına uyğun olaraq açılmış mövzular etrafında bilik ve tecrübeleri, xülaseleri, zehni meşğul eden düşünceleri, tenqid ve tehlilleri bölüşmek üçün qurulmuş virtual mekandır.
2. Bizim forumunda yazışmaq hüququ yalnız qeydiyyatlı istifadəçilərə məxsusdur. Qeydiyyatsız istifadəçilərin yazışmalar aparmasına izin verilmir.
3. Forumun rəsmi dili Azərbaycan dilidir və Azərbaycan vətəndaşları tərəfindən göndərilən məqalə və ismarışlar, aparılan virtual dialoqlar Azərbaycan dilində olmalıdır.
4. Bizim forumu idarə hey’əti,
a. milli adət-ən’ənələrəmizə zidd olan
b. əxlaq qaydalarını pozan, cinsi məzmunlu
c. Azərbaycan vətəndaşları arasında milli, irqi, dini ayrı-seçkilik yaradan
d. dövlətçilik mənafelərinə zidd olan
e. hər hansı bir dini və siyasi qrupun ekstremist fikirlərini təbliğ edən
f. tərkibində vulqarizm, sərt, alçaldıcı söz və kobud ifadələr olan, sataşma xarakterli
g. forum xaricindəki şəxslərə və ictimai-siyasi, mədəni təşkilatlara zərər verən
h. müzakirə obyekti olan mövzunu sapdıran
i. insan haqqlarına xələl gətirən
j. maarifləndirici, düşündürücü olmayan, yalnız əyləndirici xarakter daşıyan
k. ifrat dil xətalarına yol verilən
l. təkrar açılan və açıldığı kateqoriyaya uyğun olmayan
m. BBCode imkanlarından və mimikalar paketindən ifrat dərəcədə istifadə edilən
n. ikili dialoq şəklində davam edən və üçüncü şəxsə maraqlı olmayan, “söhbət” (çat) xarakterli
o. zorakılığa çağıran və ya zorakılıqla assosiasiya olunan

mövzu (ismarıcları, istifadəçi adlarını, imzaları, istifadəçi şəkillərini (avataraları) və imzalardakı şəkilləri) bağlamaq, silmək və ya onlar üzərində düzəlişlər etmək səlahiyyətinə sahibdir (üçüncü şəxsə hər hansı bir faydası olmayan ikili dialoqlar, tənqid və mübahisələr şəxsi yazışmalar şəklində davam etdirilməlidir.).
5.Bizim forumuna göndərilən ismarışların daxili məzmunu üçün bütün mə`suliyyəti müəllif istifadəçi daşıyır və Bizim forum heç bir şəkildə istifadəçilərin fikir və yazıları üçün cavabdeh deyil.
6. Bizim forumunun istifadəçiləri öz şəxsi veb səhifələrini və eləcə də təbliğ etmək istədikləri veb səhifələri forumun müvafiq, əlaqəli mövzularında və yalnız şəxsi mə`lumatlarında qeyd edə bilərlər. İstifadəçinin İmzasında hər hansı səhifəyə keçid verməsi qadağandır. İstifadəçi imzasına yerləşdirilmiş ölçüləri 120 pikseldən artıq olan şəkillər mübahisəsiz qaydada silinəcəklər. İstifadəçi mə`lumatında qeyd edilən, məzmun e`tibarı ilə forumun qaydalarının 4-cü bölməsinin a-g bəndlərində (yuxarı bax!) yazılan xüsusiyyətli mətnlər və mövzuların yer aldığı veb səhiflərin ünvanları xəbərdarlıqsız silinəcək, təkrar yazıldığı halda istifadəçinin foruma girişi bağlanacaqdır.
7. Bizim forumunda hər hansı bir müəssisə və ya təşkilatın ticari məqsəd və mənafelərinə xidmət edən reklam və reklam tipli e’lanları əhatə edən mövzu və ya ismarışlar yerləşdirmək qadağandır.
8. Bizim forumuna birdən artıq istifadəçi adı ilə üzv olmaq qadağandır. Bu kimi hallar təsbit olunduğu təqdirdə müvafiq hüquqi tədbirlər görüləcəkdir. Bu hüquqi tədbirlər istifadəçi hesabının deaktivləşdirilməsi, silinməsi və istifadəçinin foruma girişinin müəyyən müddət üçün məhdudlaşdırılması kimi addımların atılması ilə həyata keçiriləcəkdir.
9. Bizim forumuna göndərilmiş materiallardan forum üzvləri və ya forumdan kənar şəxslər istifadə etdikləri zaman istinad göstərmələri tövsiyyə edilir.
10. Bizim forumunun ümumi istifadəyə açıq bölmələrində verilən şəxsi mə’lumatların sui-istifadəsi nəticəsində yaranacaq problemlərdə şəxsi mə’lumatlarını könüllü olaraq açıq qeyd edən şəxsin məhz özü məs’uliyyət daşıyır və bu halda Bizim Forum heç bir hüquqi və mən’əvi məs’uliyyət daşımır.
11. Bizim forumu qayda-qanunlarına tabe olmayan istifadəçinin əvvəldən foruma üzvlüyü arzuolunmazdır. Lakin əvvəldən qəbul edib, sonradan yuxarıda qeyd edilən qanunlara tabe olmayan, forumun cizgisinə xələl gətirən üzvə qarşı hüququn imkan verdiyi müvafiq tədbirlərə əl atılacaqdır. Bu tədbirlər silsiləsinə forum idarə hey’əti tərəfindən rəsmi xəbərdarlıq, yazıların silinməsi və redaktə edilməsi, müəyyən müddət üçün hesabın deaktivləşdirilməsi, qeydiyyatın silinməsi və ən nəhayət, (islaholunmaz vəziyyət qarşısında) foruma girişin bağlanması daxildir.
12. Bizim forumuna üzv olan və forumun imkanlarından istifadə edən hər bir üzv yuxarıda qeyd edilmiş qanunları və bütün hüqüqi məs’uliyyətləri qəbul etmiş hesab olunur.
13. Bizim Forum yuxarıda bəyan edilən bütün qayda-qanunlar üzərində ehtiyac yarandığı zaman dəyişikliklər və əlavələr etmək hüququna sahibdir.
avatar
Feya
Admin

İsmarıc sayı : 89
Registration date : 11/08/07

İstifadəçi mə`lumatlarına bax http://forum.go-forum.net

Əvvələ qayıt Aaa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun msaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.