Nezaretçilerin vezifeleri ve selahiyyetleri

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek

Nezaretçilerin vezifeleri ve selahiyyetleri

Yeni mövzu  Feya Bir 11.08.07 16:37

1.Nəzarətçilər kimdir?

- Nəzarətçilər forumun idarə hey`ətində yer alan, bə`zi səlahiyyət məhdudiyyətlərinə görə idarəçilərdən sonra ikinci mə`sul şəxslərdir.

2. Nəzarətçi olmaq üçün nə lazımdır?

- Hal hazırda nəzarətçi olmaq üçün tələb olunan keyfiyyətlər aşağıdakılardır:

a) Forumu mütəmadi (ən azı, həftədə 2 dəfə) izləmək imkanı olmalıdır.
b) İdarə etdiyi sahədə bilik və vərdişlərə sahib olmalıdır (bu əsasən "Cəmiyyət" ,"Zəka", "Mənəviyyat" forumlarının nəzarətçilərinə aiddir).
c) Ana dilimizi yaxşı bilməlidir (mövzuların adında və mətnlərdə gedən səhvlləri düzəltməyə qadir olmalıdır və bu düzəlişləri əsaslandıra bilməlidir).
ç ) Sinir sistemi möhkəm olmalıdır, başqalarını bu xoş olmadıqda belə, dinləməyi bacarmalıdır.
d) Vəzifəsinə mə`suliyyətlə yanaşmalı və forumu sevməlidir.

3. Nəzarətçiləri kim tə`yin edir və hansı müddətə?

- Nəzarətçilər forumun idarəçiləri tərəfindən tə`yin edilir. Vaxt məhdudiyyəti və müəyyən səbəblər olmadığı halda bu və ya digər foruma nəzarətçi namizədliyi idarə hey`əti üzvləri arasında danışılaraq qəbul edilir.

4. Nəzarətçilər hansı səlahiyyətə malikdirlər?

- Nəzarətçilər idarə etdikləri forumda mövzuları bağlaya, aça, silə, bir yerdən digərinə daşıya, lazım olduqda mövzunun adını və ismarışın mətnini redaktə edə bilərlər. Bu zaman onlar heç bir halda istifadəçilərə təqdim edilmiş qaydaların imkan verdiyi sərhədləri aşmamalıdırlar!

5. Nəzarətçilərdən nə tələb olunur?

- Nəzarətçilərin idarə etdikləri forumu mütəmadi izləyə bilməyəcəkləri halda bunu əvvəlcədən müvafiq mövzuda qeyd etməkləri, buna imkan olmadıqda, istənilən vasitə ilə (e-məktub, telefon, şifahi) idarə hey`əti üzvlərindən birinə çatdırmalıdır, digəri isə bunu müvafiq olaraq yazılı şəkildə qeyd etməlidir.
- Nəzarətçi idarə etdiyi forumun daim aktiv olmasını tə`min etməlidir, amma sadəcə aktivlik xatirinə ismarış yazmaqla deyil.
- Nəzarətçi idarə etdiyi forumun səliqəli olmasını (ifrat BBCode və mimika istifadəsinin qarşısını almaqla), mövzu adlarının təmiz Azərbaycan əlifbası (Unicode) ilə yazılmasını, tam Azərbaycan dilində olmasını (!) və mövzunu tamamilə ifadə etməsini tə`min etməlidir.
- Nəzarətçi obyektiv olmalı, şəxsi münasibətlərinin və münasibətlərin forumda yer almamasına ciddi nəzarət etməli, istifadəçilərə qoyulan adi tələbləri belə ikiqat diqqətlə həyata keçirməlidir. Nəzarətçi heç bir halda təxribata uymamalı, əsəblərinə hakim olmağa çalışmalıdır, hətta idarə etmədiyi forumda belə bu və ya digər istifadəçinin təhrikedici yazılarına uymamalıdır.
- Nəzarətçi etdiyi bütün dəyişiklikləri, xüsusilə də sildiyi yazıları hətta onları əhəmiyyətsiz saydığı halda belə qapalı forumun müvafiq mövzusunda qeyd etməlidir. Bunun üçün yazının üzünü köçürüb sadəcə "sildim" yazması da yetərlidir.
avatar
Feya
Admin

İsmarıc sayı : 89
Registration date : 11/08/07

İstifadəçi mə`lumatlarına bax http://forum.go-forum.net

Əvvələ qayıt Aaa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun msaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.